Baydenə çağırış: “Rusiya ilə müharibəyə girmə”
ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya ilə hərbi münaqişə riskini fəal şəkildə azaltmalıdır.
Şəffaflıq.az məlumat verir ki, bu barədə “The National Interest” nəşrinin müəllifi Bonni Kristian yazıb.
Jurnalist xüsusən Vaşinqtonun açıq səma anlaşmasına qayıtmasının və Suriyada apardığı əməliyyatların dayandırılmasının zəruriliyini vurğulayıb.
“ABŞ və Rusiya qüvvələri Suriyada vuruşmasa da, onların yaxınlığı təhlükəlidir və bu lazımsız riskdir”, - deyə B.Kristian bildirib.
O, həmçinin ABŞ hakimiyyətini Şərqi Avropadakı Rusiya qoşunlarından kənar dayanmağa çağırıb.
Xəbəri paylaş
Facebook-da paylaş