Hindistanda rekord həddə sutkalıq koronavirusdan ölüm qeydə alınıb
Hindistanda koronavirus (COVID-19) infeksiyasına 392 488 yeni yoluxma faktı qeydə alınıb.
Şəffaflıq.az bildirir ki, bu barədə həmin ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Sutka ərzində analiz nümunələri müsbət çıxan 3 689 nəfər vəfat edib. Bu, koronavirusdan sutkalıq ölüm sayında rekorddur.
İndiyədək ölkədə ümumilikdə 19 557 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 542 nəfər vəfat edib.
Xəbəri paylaş
Facebook-da paylaş