Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb müsbət çıxmış 26 nəfər vəfat edib.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 079 nəfər vəfat edib, aktiv xəstə sayı 25 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.
Xəbəri paylaş
Facebook-da paylaş