Fransada Makronu çevrilişlə hədələyən generallar cəzalanacaqlar


 

Fransa prezidenti Emmanuel Makrona açıq məktub yazaraq onu dövlət çevrilişi ilə hədələyən ehtiyatda olan generallar hərbi şura qarşısında dayanmalı olacaqlar. Burada onları xidmətdən tam kənarlaşdırma gözləyir.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Parisien” qəzetinə açıqlamasında Fransa silahlı qüvvələrinin baş qərargah rəisi, general Fransua Lekuantr məlumat verib.

Fransua Lekuantr məktubun altında imzası olanlara qarşı görülən tədbirləri “müstəsna prosedur” adlandırıb və bunun Fransa müdafiə nazirinin tələbi ilə gerçəkləşdirildiyini söyləyib.

“Bu generallar fərdi qaydada ali hərbi şuranın önünə çıxarılacaqlar. Bundan sonra prezident (qaydalara uyğun olaraq) onların xidmətdən kənarlaşdırılması barədə əmr imzalayacaq,”-deyə general söyləyib.

Qərargah rəisi məktubu imzalayanlar arasında həqiqi hərbi xidmətdə olan 18 zabitin də aşkarlandığını vurğulayıb. Onların nizam-intizamn qaydasında mühakimə olunacağı gözlənilir.

Silahlı qüvvələrin rəsmisi məlum müraciətin ordudakı əhval-ruhiyyəni əks etdirmədiyini bildirib. “Ordu respublikaçıdır, o siyasiləşməyib və hər gün ölkə uğrunda savaşır”,-deyə o, sonda qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}