Fransada generallar prezident Makronu çevrilişlə hədələyiblər


 

Fransanın istefada olan onlarla generalı prezident Emmanuel Makrona məktub ünvanlayıb və onu çevrilişlə hədələyiblər.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu məktubda sabiq ordu mənsubları dövlətdə islamçılığın baş alıb-getdiyini, buna görə də ölkənin vətəndaş müharibəsinin astanasına gəldiyini bildiriblər.

Məktubu 20-dən çox istefada olan general, vaxtilə orduda, polisdə və jandarmeriyada xidmət göstərmiş yüzlərlə müxtəlif rütbəli zabit imzalayıb.

Əsas aparıcı rolunda isə 80 yaşlı general, Xarici legionun keçmiş komandanı Kristian Pikemal çıxış edib. Bu adam 2016-cı ildə immiqrantlara qarşı mitinqlərə qatıldığı üçün bütün imtiyazlardan məhrum edilib.

“Fransa təhlükədədir.

Onu ölümcül təhlükə gözləyir. Hətta istefada olarkən belə biz Fransanın əsgərləri olmağa davam edirik və gözəl ölkəmizin taleyinə biganə qala bilmərik”,-deyə məktubda bildirilir.

Zabitlər Fransa ərazisində respublika qanunlarının işləmədiyi anklavlar yarandığını və buna görə də dövlətin çökmə ərəfəsində olduğunu vurğulayıblar.

Bundan başqa, hərbçilər Fransa prezidenti Emmanuel Makronun “sarı jiletlilər”in nümayişləri zamanı hüquq-mühafizə orqanlarını “günah keçisi” kimi göstərməsini şiddətlə qınadıqlarını bildiriblər. Məktubu imzalayanlar Silahlı qüvvələr, polis və jandarmeriyada ciddi dəstəyə malik olduqlarına da işarə vurublar.

İstefada olan generalların bu məktubuna millətçilərin lideri Marin Le Pen açıq dəstək verib.

Hökumət cəbhəsi isə istefada olan zabitlərin bu çağırışına sərt təpki göstərib və vaxtilə generalların Fransanın görkəmli xadimi Şarl de Qolla da uğursuz hərbi çevriliş cəhdi həyata keçirdiklərini xatırladıb.

Silahlı qüvvələr naziri Florans Parli sağçıların Marin Le Pen və keçmiş ordu mənsubları ilə ittifaqını “rəzalət” adlandırıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}