Sahil Babayevdən saxta əlillik təyinatları ilə bağlı - Açıqlama
“Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təminatı vacibdir”.
Şəffaflıq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisdə “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmədə çıxış edərkən deyib.
Nazir bildirib ki, əsassız əlillik təyinatlarının qarşısının alınması istiqamətində tədbirlər görülür:
“2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır.
Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”.
Facebook-da paylaş