Rusiya xarici gəmilərin Qara dənizə girişini bağladı

 

Rusiya Qara dənizdəki üç bölgəni döyüş gəmiləri və dövlət əmlakı kateqoriyasındakı gəmilərə bağlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Naviqasiya və Okeanoqrafiya İdarəsinin bülletenində məlumat yayılıb.

Məhdudiyyətlər bu gün axşam 21:00-dan tətbiq olunacaq və bu məhdudiyyət oktyabrın 31-dək qüvvədə qalacaq.

Bu müddətdə Sevastopol-Qurzuf arasındakı sahil ərazisi, Kerç yarımadası sahillərindəki Opukski təbiət qoruğunun ətəyindəki sahə və Krımın qərb hissəsinə yaxın kiçik bir sahə qapalı olacaq.

O da qeyd edilib ki, bu bölgələr Rusiyanın milli sularına daxildir və qapanma Kerç boğazından gəmi səfərlərinə əngəl olmayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}