İsmayıllıda qazilərlə görüşlər davam edir.-FOTO


19 aprel tarixində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qazi Əzizli Nurəddini evində ziyarət ediblər.
 Görüş pandemiya qaydalarına uyğun olaraq baş tutub. İcra başçısı qazinin problem və qayğıları ilə maraqlanıb, lazım köməklik göstərilməsi ilə bağlı göstəriş verib. Görüşdən məmnun qalan qazi və ailə üzvləri göstərilən diqqət və qayğıya görə, həmçinin də evlərinin qarşısında görülən abadlıq işlərinə görə Rayon İcra Hakimiyyəti başçısına təşəkkür ediblər. RİH başçısı 44 günlük müharibədə İsmayıllıların qəhrəmanlıqlarından qürur duyduğunu, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından onlara minnətdar olduqlarını bildirib və şəhidlərimizə Allahdan rəhmət diləyib. Qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır.

Xatırladaq ki, Əzizli Nurəddin fevral ayının 27-də Qubadlı rayonunda piyada əleyhinə minaya düşüb. Nəticədə sağ ayağını dizdən aşağı itirib, sol ayağı isə qəlpə yarası alıb. Bir müddətdir müalicə alan Nurəddin aprelin 16-da İsmayıllı rayonuna geri dönüb.

Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}