Düşündükləri kompüterin ekranına yazılır – Tarixdə ilk dəfə insan beyni naqilsiz bilgisayara bağlandı
ABŞ-ın Braun universiteti və “Providence Veterans Affairs” tibb mərkəzi tərəfindən iflic olan insanların həyatını asanlaşdırmaq üçün layihə hazırlanıb.
Təfərrüatları birlikdə nəzərdən keçirək.
Elm və texnoloji inkişaf insanların yaşadığı bir çox problemin həllini asanlaşdırır. Xüsusilə süni zəkanın meydana çıxmasından bəri baş verənlər inqilabi xarakter daşıyır. Bu dəfə yenə də fantastika filmlərində izlədiyimiz bir ilkə imza atılıb. ABŞ alimləri insan beynini ilk dəfə kabelsiz bir kompüterə bağlayıblar.
“IEEE Transaction on Biomedical Engineering” elmi jurnalında yayımlanan hesabata görə, yüksək bant genişliyi olan kabelsiz beyin-kompüter interfeysi (BCI) klinik sınaqdan uğurla keçib. Elm adamları bu sistemin beyin siqnallarını “tək neyron qətnaməsi və tam geniş zolaq dəqiqliyi” ilə ötürə biləcəyini qeyd edirlər.
İflic insanlar sadəcə nə etmək istədiklərini düşünürlər və cihaz onların istəklərinə uyğun olaraq hərəkətə keçir.
Praktikada "Brain Gate" adlı texnologiyanın klinik sınağında bir insanın beyin motor korteksinə birləşdirilmiş kiçik bir ötürücü var. Bu yeni texnologiyanı sınamaq üçün testdə iştirak edən iflic olmuş insanlar sistem sayəsində bir tablet və kompüterdən istifadə edə biliblər.
Tətbiq haqqında danışan Braun universitetini professoru Leigh Hochberg bunları deyib: “Bu, hərəkət qabiliyyətini itirmiş insanlar üçün müstəqil davranışın bərpasına kömək edən, tamamilə implantasiya edilə bilən bir simsiz intrakortikal sistem olacaq. Bu sistem sayəsində iflic olmuş insanlar özlərini evdə və çöldə idarə edə biləcəklər. Həmçinin əvvəllər demək olar ki, mümkün olmayan beyin fəaliyyətini izləmək də indi mümkün olacaq".
Şəffaflıq.az
Facebook-da paylaş