Səudiyyə Ərəbistanında hərbçilər edam edildi

 

Səudiyyə Ərəbistanı hərbi tribunalı dövlətə xəyanətdə ittiham olunan üç hərbçi barədə edam qərarı verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin xəbər agenti SPA məlumat yayıb.

“Düşmənlə hər hansı bir əməkdaşlığı qadağan edən qanuna görə, Müdafiə Nazirliyindəki üç hərbi qulluqçu krallığın maraqlarına zidd olaraq düşmənlə əlaqələrdə və böyük bir xəyanətdə günahkar hesab edilib. Günahlarını sübut etdikdən sonra edam cəzasına məhkum olunublar. Hökm icra edilib”, - deyə agentlikdən bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}