S-400-lər "görünməz" qırıcıları da izləyir - “Nəşnl İnterest”
Rusiyaya məxsus S-400 sistemiləri ABŞ-ın F-22 Raptor, F-35 Lightning və B-2 Spirit kimi qırıcılarını müəyyən edə və izləyə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” məlumat yayıb. Məqalə müəllifi Kris Osborn bildirib ki, S-400-lər rəqəmsal məlumatlardan istifadə edərək texnoloji yeniliklər sayəsində sürətli məlumat ötürücülüyünü təmin edən şəbəkə yaradır. Müəllif iddia edir ki, görünməz qırıcılar belə S-400-ün nəzarətində olan əraziyə daxil olduqda bu sistemlər həmin hava obyektlərinin trayektoriyasını dəqiq şəkildə izləyə bilir.
Xəbəri paylaş
Facebook-da paylaş