AZƏRBAYCANDA YOLUXMA VƏ ÖLÜM SAYI SÜRƏTLƏ ARTIR

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir.


Son sutkada 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}