Peyvənddən sonra mütləq buna əməl edin


 

Koronavirusa yoluxma halları, vaksinasiya prossesi kütləvi şəkildə həyata keçirilinə qədər davam edəcək. Buna görə də, mütəxəssislər, izolyasiya qaydalarına mütləq əməl etməyi və vaksin vurdurmağı tövsiyyə edirlər.

Şəffaflıq.az xəbər verir ki,  hazırda daha da effektli vaksinlər əldə etmək üçün bir çox tədqiqatlar aparılır. Mütəxəssislər, peyvəndin vurulması qədər onun bədənə təsirinin də vacib olduğunu bildirirlər.

Onların sözlərinə görə, qrip yaxud da hepatitə qarşı peyvənd olunan zaman insanlar ilk 10 gün normal yuxu rejimi ilə yatarsa vaksin immun sisteminə yaxşı təsir edir.

Buna görə də mütəxəssilər, Covid-19 peyvəndi olunanların da eyni ilə bu cür yuxu rejiminə diqqət etməli olduğunu bildiriblər. Bəzən insanlarda  belə bir sual yaranır: “Peyvəndi hansı saatlarda vurdursam daha təsirli olar?”

Mütəxəssilər,  səhər saatlarında vurulan peyvəndin daha effektiv olduğunu bildirirlər. Çünki bu vaxt vaksin imunnitet sisteminə daha tez təsir edir.

Ona görə də, peyvəndi sabah erkən saatlarda etdirmək, vaksindən sonra isə ilk 10 gün yuxu rejiminə əməl etmək və təbii qidalarla qidalanmaq tövsiyyə edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}