19 yaşlı qızın meyiti zibillikdən tapıldı — saxlanılan var

Gəncə şəhərinin Cavad Xan qəsəbəsindəki zibillikdən qadın meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onun 2002-ci il təvəllüdlü Pərvin Musayeva olduğu müəyyənləşib.

Meytin üzərində aparılan araşdırmalar nəticəsində gənc qızın boğularaq qətlə yetirildiyi məlum olub.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətldə şübhəli bilinən şəxs, qızın tanışı olan, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki, P.Musayeva bir aydan çoxdur itkin düşmüş şəxs kimi axtarışda olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}