ATU tələbələri kütləvi şəkildə koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA

 ATU tələbələri arasında kütləvi yoluxma yoxdur.
Bunu Sfera.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib.
O bildirib ki, indiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVID-19-a yoluxma aşkarlanıb:
"Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb".
Mətbuat katibinin sözlərinə görə, ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur:
"Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}