Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

 Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Əyyublu kəndi ərazisində yerləşən “EL” restoranında toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Şəffaflıq.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, restoranın xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 8 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında, obyekt sahibi isə 4 000 manat miqdarındqa cərimə edilib.



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}