AQTA: “31 müəssisədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulub”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 340 ictimai iaşə obyektində 614 monitorinq keçirilib.
Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələrinin adları ilə buradan tanış ola bilərsiniz.
Şəffaflıq.az
Facebook-da paylaş