Paris Məhkəməsi: sabiq prezident həbsxanaya göndərilməyəcək

 

Korrupsiyada ittiham edilən Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxanaya göndərilməyəcək.


Şəffaflıq.az “BFMTV” kanalına istinadən xəbər verir ki, bu barədə Paris Məhkəməsi qərar qəbul edib.

Bildirilib ki, Sarkozi evdə elektron nəzarət altında olacaq. Sonrakı şərtlər hakim tərəfindən müəyyənləşdiriləcək.

Məhkəmədə Milli Maliyyə Prokurorluğu Sarkozinin 4 il həbs cəzasına məhkum edilməsini istəyib.

Sarkozi isə öz növbəsində heç vaxt qanunun aliliyi prinsiplərinə zidd hərəkətlər etmədiyini deyib.

Qeyd edək ki, hakim prosesi ölkə tarixinə düşəcək skandal adlandırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}