ABŞ-a getmək istəyənlərə ŞAD XƏBƏR
ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açıb.
Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Co Bayden eks-prezident Donald Trampın miqrantlara tətbiq etdiyi qadağaları dəyişib.
Onun sözlərinə görə əvvəlki qanun ABŞ-ın maraqlarını dəstəkləmir. Əksinə ABŞ-a ziyan vurur, məsələn ABŞ vətəndaşlarının ailə üzvlərinin və qanuni daimi yaşayış statusu sahiblərinin ailələri ilə bir yerdə olmaq imkanının qarşısını alır.
ABŞ prezidentinin yeni fərmanı ilə illik lotereyada ABŞ-da yaşamaq üçün icazə (greencard) qazanan şəxslərin ölkəyə girişi yenidən açılır.
Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində koronavirus pandemiyası zamanı “ABŞ əmək bazarına risk yaradan miqrantların” ölkəyə girişinin qarşısını alan fərmanı imzalayıb, sonra isə onu yeniləyib.
Facebook-da paylaş