Əsas Səhifə > Dünya > ABŞ-a getmək istəyənlərə ŞAD XƏBƏR
ABŞ-a getmək istəyənlərə ŞAD XƏBƏR25-02-2021, 21:44 |
ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açıb. Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Co Bayden eks-prezident Donald Trampın miqrantlara tətbiq etdiyi qadağaları dəyişib. Onun sözlərinə görə əvvəlki qanun ABŞ-ın maraqlarını dəstəkləmir. Əksinə ABŞ-a ziyan vurur, məsələn ABŞ vətəndaşlarının ailə üzvlərinin və qanuni daimi yaşayış statusu sahiblərinin ailələri ilə bir yerdə olmaq imkanının qarşısını alır. ABŞ prezidentinin yeni fərmanı ilə illik lotereyada ABŞ-da yaşamaq üçün icazə (greencard) qazanan şəxslərin ölkəyə girişi yenidən açılır. Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində koronavirus pandemiyası zamanı “ABŞ əmək bazarına risk yaradan miqrantların” ölkəyə girişinin qarşısını alan fərmanı imzalayıb, sonra isə onu yeniləyib. Geri qayıt |