Günün qoroskopu:Günün ikinci yarısında isə maliyyə itkiləri mümkündür.
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq. Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar sizi himayə edir.
İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya bilər.
Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi həll etməyə razılaşacaq.
Gəlirləriniz arta bilər.
Özünüz barədə çox yüksək fikirdə olduğunuzdan, ətrafınızdakı insanlarla ünsiyyətdə təşəxxüslü olmayın.
Güzəştlərə gedin, kompromis variantı ən yararsız çıxış yolu hesab etməyin.
Buğa - bu gün müəyyən uğurlar olacaq, fəqət dönəm heç də yaxşı deyil. Ətrafınızdakı insanlar sizə yanlış münasibət bəsləyəcək, dəyərləndirmədə səhv edəcəklər.
Kiməsə yardım etmək üçün əldən düşürsünüz, amma quru "sağ ol!" da eşitmirsiniz, doğrudurmu? Ruhdan düşməyin, Allah sizə yar olacaq.
Dostlar və ya qohumlarla mübahisələrə şərait yaratmayın.
İşdə gündəlik, rutin tapşırıqların yerinə yetirilməsində müəyyən üzücü ab-hava yarana bilər. Olsun - bu maneəni də nikbinliklə dəf edin, "Bu da keçər!" deyib toxtayın.
Ən mühüm və önəmlilərdən savayı bütün işlərinizi günün ikinci yarısında təxirə salın.
Axşam saatlarında yaxşıca istirahət edin. Siz buna layiqsiniz.
Yaşca sizdən kiçik şəxslərlə mübahisə etməyin.
Əkizlər - kiçik problemlər, yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqları günü yorucu, usandırıcı edəcək. Amma əsla təlaşa düşməyin, narahat olmayın. Çətin anlarda sizə dəstək verəcək, kömək edəcək insan yanınızda olacaq. O, sizin üçün nikbinlik mənbəyinə çevriləcək.
Bu gün tək işləyin, problemlərinizi təkbaşına həll edin və çalışın. İşdə zəhmətkeş, əməksevər olun.
Uzunmüddətli layihələr, müqavilələr və ya sənədləri imzalamayın.
Əks cinsin mənsubu ilə təmaslarınızda sözlərinizi yüz ölçüb, bir biçin. Yalnız belə olan təqdirdə həmin adamın ürəyinə tam hakim ola bilərsiniz.
Günün ikinci yarısını və ya axşam saatlarını laqeyd yanaşmadığınız insanla keçirin.
Xərçəng - hazır olun, sizi çox mürəkkəb, qarışıq, təlatümlü gün gözləyir. Anın hökmünə əsaslanaraq qərar verməyin, emosiyaların köləsi olmayın. Sonradan peşmançılıq hissi yaradacaq hərəkətlərə yol verməyin.
İşdə həmkarlarınız və rəhbərliklə mübahislər, evdə isə sizə çox əziz insanla fikir ayrılığı yaşana bilər.
Hər şeyin siz deyən kimi olmasını istəyirsiniz,
Fəqət anlayın: indi, bu gün istəklərinizin reallaşması mümkün deyil.
Yolda, ictimai nəqliyyatda ehtiyatlı olun, adamların az olduğu yerlərdə dolaşmaqdan zövq almayın. Şübhəli, tanımadığınız insanlara etibar etməyin.
Maliyyə itkiləri ola bilər, amma xərcləriniz böyük məbləğdə olmayacaq. Yeni işə və ya layihəyə başlamaq üçün uğurlu gün deyil.
Şir - günün əksər hissəsi sakit keçəcək. Ciddi problemlər və həyəcanlar olmayacaq. Digər tərəfdən, əhəmiyyətli uğur və ya irəliləyişə də ümid etməyin.
Yeni işə başlasanız, gecikmələrə və təxirə salınmalara hazır olun. İşin nəticəsi dərhal özünü büruzə verməyəcək.
Günün ikinci yarısı ailə üzvlərindən birinin problemlərinin həllinə sərf oluna bilər. Yaşlı qohumlarınız sizdən yardım gözləyirlər.
Bu səbəbdən də ev işləri düşündüyünüzdən artıq vaxt apara bilər.
Sevdiyiniz insanla fikir ayrılığı yarana bilər. Birgə qurduğunuz planlara müəyyən dəyişikliklər etmək məcburiyyəti yarana bilər.
Axşam saatlarında könül sındırmaq əvəzinə, könül alın.
Qız - yaşananlara və baş verənlərə real nəzərlərlə baxın. Əks təqdirdə, öz illüziyalarınızın qurbanına çevrilərək, sahildəki qumsallıqda yaratdığı qum sarayının əbədi olduğunu düşünən sadəlövhü xatırlada bilərsiniz.
Ətrafınızdakı insanlarla münasibətlərdə nələrisə dəyişmək fikrinə düşə bilərsiniz. Həmin təmaslarda sizi sıxan məqamın məhz nə olduğunu anlamağa çalışmayın: səhvə, kobud yanlışlığa yol verə bilərsiniz.
Maliyyə durumunuz birmənalı olmayacaq.
İmkan və qüvvənizi olduğundan artıq dəyərləndirərək yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
İşdə yoldaşlarınız və həmkarlarınıza olan tələbkarlığınız münaqişə yaratmasın deyə, bir qədər həlim olun.
Axşam saatlarında evdə hirsli, emosional davranmayın.
Narahat olmayın, bütün problemlər müvəqqətidir.
Tərəzi - bu gün laübəli və qarışıq təmayüllərin, mürəkkəb hadisələrin təsirlərini hiss edəcəksiniz.
Yaradıcı yanaşma, qeyri-standart həll tələb edən işlərdə böyük uğur mümkündür. Səliqə və detallara ifrat diqqət tələb edən işlərdən yayınmayın. Onlar sizi yora bilər, amma unutmayın ki, həyat yalnız əyləncə, istirahətdən ibarət deyil.
Hesablaşmalarda diqqətli olun. İşdəki smetanın və ya ailə büdcəsinin hesablanmasında yanlışlışlara yol verməyin.
Yaşlı insanlarla ünsiyyətdə nəzakətli olun. Onların ən sərt tənqidlərinə belə, dözün, cavab qaytarmayın, mübahisə etməyin.
Nüfuzlu insanlarla görüşə bilərsiniz. Lakin istəyinizə və ya xahişinizə onların dərhal müsbət cavab verəcəyinə ümid etməyin.
Axşam saatlarında bütün işlərin başa çatdığına əmin olandan sonra dincəlin. Evdə yarımçıq iş qalıbsa, istirahəti təxirə salın və o işi başa vurun.
Əqrəb - bu gün uğurlu və əlverişlidir. Sizin üçün çox mühüm sahədə irəliləyişə nail ola bilərsiniz. Özü də uğurlar kiçik olmayacaq.
Seçdiyiniz yoldan sapmayın, başqalarının sizə mənfi təsir göstərmələrinə imkan verməyin.
Yaxınlarınız, ailə üzvləriniz və ya qohumlarınızdan dəstəyi günün ikinci yarısında alacaqsınız.
Lakin həmin vaxtadək problemlərin əksəriyyətini həll etməyə can atın.
Əks cinsin çox dəlisov, amma rəğbət bəslədiyiniz mənsubunun könlünü almaq üçün incə psixologiyanı işə salın.
Dəlisov münasibətlərdən kənar durun. Şəraitin köklü dəyişikliyi, qısa səyahət mümkündür.
Axşam saatlarında kompüterin varlığını unudun.
Noutbuk sizin əşyanızdır - siz onun yox...
Oxatan - yaranmış situasiyanı emosional dəyrələndirməyin, hisslərə qapılmayın. Belə olarsa, ciddi problemlərlə qarşılaşa bilərsiniz.
Mühüm işləri görün, dünən və ya daha əvvəl başladığınız işləri başa vurmağa səy göstərin.
Önəmli işləri təxirə salaraq əylənməyə, istirahətə can atmayın.
İşdəki vədlərinizi, evdəki öhdəliklərinizi yada salın.
Sizə yaxın insanların ümidlərini puç etməyin.
Mühüm sənədlər və ya uzunmüddətli öhdəlikləri nəzərdə tutan anlaşmaların imzalanmasını təxirə salın.
Ailədəki vəziyyətə diqqət yetirin: son vaxtlar çox soyuq, laqeyd olduğunuzu hiss etməyibsiniz ki?
Təmaslarda və əlaqələrdə sayıq olun. Fırıldaqçı adam sizi növbəti "qurban" qismində görür.
Təhsil alırsınızsa, müəllimlərin tələblərini qulaqardına vurmayın.
Oğlaq - bu gün ifrat dərəcədə impulsiv olmayın, qərarları tələsik qəbul etməyin. Həmin qərarların perspektivdə pis nəticələri ola bilər.
İşdə həmkarlar və çalışdığınız bəzi insanlarla fikir ayrılıqları, hətta mübahisə mümkün ola bilər.
Uzun zamandan bəri məhsuldar və sərfəli tərəfdaşlıq, yaxud da əməkdaşlığa son qoyulması da mümkündür.
İşdəki probelmləri evə daşımayın, ailə üzvləri ilə səmimi, gülərüz olun, onların xətrinə dəyməməyə çalışın. Hər şeyi söz etməyin, bəzi məsələlərə göz yumun.
Günün ikinci yarısında xoş sürprizlər və hədiyyələr mümkündür.
Havalar soyuqdur, səhhətinizə diqqət yetirin.
Zökəm və ya qrip mümkündür.
Dolça - bu gün bəzi çətinliklər və problemlər olsa da, müsbət təmayüllər üstünlük təşkil edəcək. Bunu hiss edəcəksiniz.
İşdəki çətinliklər həll olunmaqla yanaşı, sizə yeni vəzifə təklifi də mümkündür.
Nüfuzlu şəxsin dəstəyini almaq imkanı yaranır. O, ambisioz planlarınızın reallaşdırılmasında sizə yardımçı ola bilər.
İş haqqında həddən ziyadə düşünməyin. Əks təqdirdə sizə yaxın və əziz olan insanlarla ünsiyyət üçün az vaxt qalacaq.
Axşam saatlarında dostlar və ya ailə üzvləri ilə istirahət planları təxirə düşə bilər. Bu da münasibətlərə təbii ki, yaxşı təsir etməyəcək.
Balıqlar - intellektual fəaliyyət üçün əlverişli gündür. Qarşınıza qoyulan çox çətin və mürəkkəb tapşırıqların öhdəsindən gələcəksiniz.
Gərəkli informasiyanı vaxtında xatırlayın, bu məlumatı tətbiq etməyə çalışın.
Danışıqlara başlamaq, yeni müttəfiqlər axtarmaq olar. İdeyalarınızı dəstəkləyən insanlar olacaq.
Bu gün baş tutacaq istənilən tanışlıq sizə sərfəli olacaq. Romantik münasibət başlarsa, çox dinamik inkişaf edəcək.
Nikah təklifi istisna deyil.
Günün ikinci yarısında isə maliyyə itkiləri mümkündür.
Milli.Az
Facebook-da paylaş