Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu

 

Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, səsvermə 89 - lehinə, iki - əleyhinə olmaqla başa çatıb.

Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir  - müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub.

Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}