Gürcüstanda karantin qadağaları götürülür

 

Gürcüstan bu həftədən karantin qadağalarını yumşaldır.

Şəffaflıq.az “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, bu barədə ölkənin yeni Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, qaydaların yumşaldılması - qış istirahət mərkəzlərinin açılması, Tbilisi ilə Rustavi arasında nəqliyyatın fəaliyyətini bərpası, peyvəndlərlə bağlı bu həftə koordinasiya şurasının iclası keçiriləcək.

Qaribaşvilinin sözlərinə görə, məsləhətləşmə nəticəsində qadağaların 80 %-i bu həftə qaldırılacaq.

O, Gürcüstana ilk peyvəndlərin mart ayında gələcəyini və ilin sonuna qədər əhalinin 70 faizinin vaksinasiya olunacağını da vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}