Əsas Səhifə > Dünya > Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu
Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu23-02-2021, 09:36 |
Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, səsvermə 89 - lehinə, iki - əleyhinə olmaqla başa çatıb. Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir - müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub. Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb. Geri qayıt |