Münhen təhlükəsizlik konfransının tarixi və formatı açıqlandı

 

Münhen təhlükəsizlik konfransı fevralın 19-da onlayn formatda keçiriləcək.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu DPA informasiya agentliyinə forumun rəhbəri Volfqanq İşinger bildirib.

Budəfəki tədbir forumda ABŞ prezidentinin iştirakı ilə əlamətdar olacaq. Baydenin konfransda çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, konfransın 60 ilə yaxın olan tarixi ərzində ABŞ prezidenti ilk dəfədir ki, tədbirə qatılacaq.

Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı 1962-ci ildə alman publisisti Evald fon Kleyst tərəfindən təsis olunub. Əvvəllər konfransda yalnız NATO ölkələri nümayəndələri iştirak edib. 1999-cu lidən etibarən isə Mərkəzi və Şərqi Avropa ölkələri siyasətçiləri, iş adamları da tədbirə qatılmağa başlayıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}