Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini AÇIQLADI
Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edib.
Nazirlikdən bildirilib ki, həmin hədəflər aşağıdakılardır:
- Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması;
- Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi;
- Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı;
- Mədəni irsin qorunması, bərpası və inkişafı;
- Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası;
- “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi;
- Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi;
- Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi;
- COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi.
Şəffaflıq.az
Facebook-da paylaş