Britaniyada son sutkada 1052 nəfər dünyasını dəyişib
Böyük Britaniyada son sutka ərzində 1052 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 113 850 nəfərə çatıb.
Şəffaflıq.az Britaniya mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 12 364 nəfər koronavirusa yoluxub. Hazırda koranavirusa yoluxanların ümumi sayı 3 972 148 nəfərdir.
Xəbəri paylaş
Facebook-da paylaş