Britaniyada son sutkada 373 nəfər koronavirusdan dünyasını dəyişib

 

Böyük Britaniyada son sutka ərzində 373 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 112 465 nəfərə çatıb.

Şəffaflıq.az xarici mediaya istinadən məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 15 845 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 945 680 nəfərdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}