Britaniyada koronavirusdan ölənlərin sayı 80 mini keçib
Böyük Britaniyada son sutka ərzində 59 937 nəfər koronavirusa yoluxub.
Şəffaflıq.az xarici mediaya istinadən məlumat verir ki, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.
Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 017 409 nəfərə çatıb.
Son sutka ərzində 1035 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 80 868 nəfərə çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş