Buğda və un idxalının ƏDV-dən azad olunma müddətinin niyə artırıldığı məlum olub

 

Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasının müddətini daha 3 il artırılmasının səbəbi məlum olub.

Şəffaflıq.az məlumat verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında Vergi Məcəlləsinə dəyişikliklə bağlı açıqlanan arayışda əksini tapıb.

Arayışda qeyd edilib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə buğda idxal və satışına, buğda ununun və çərəyin istehsalı və satışına tətbiq oluna ƏDV-dən azadolmanın daha 3 il müddətinə artırılması vacib sayılıb.

Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olub.

Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə - 2024-cü il yanvarın 1-dək ƏDV-dən azad olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}