İtaliyada son sutkada 7970 nəfərdə koronavirus aşkarlanıb, 307 nəfər bu virusdan ölüb

 

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 7970 nəfərin yoluxduğu təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 307 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 91 580 nəfərə çatıb.

Ölkədə hazırda 419 604 aktiv koronavirus xəstəsi var, onlardan 2143-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 644 707 nəfərdən 2 133 523 nəfər (son sutkada 15 082 nəfər) sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}