Rövşən Əkbərov və Xəqani Cəbrayılov vəzifədən kənarlaşdırıldı
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Şəffaflıq.az APA-ya istinadən məlumat verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
Xəbəri paylaş
Facebook-da paylaş