ÜST-dən ilginc Uhan açıqlaması: "Virus oradan qaynaqlanmayıb"

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti, yeni növ koronavirusun (Covid-19) mənşəyini araşdıraraq, bu virusun Uhandakı qida bazarından qaynaqlandığına dair bir dəlil olmadığını bildirib.

Şəffaflıq.az xarici KİV-lərə istinadən bildir ki, ÜST heyətindən rusiyalı mütəxəssis Vladimir Dedkov, Covid-19-un mənşəyi ilə bağlı yeni bir açıqlama verib. Dedkov Uhandakı qida bazarında epidemiyanın yayılması üçün hər cür şəraitin olduğunu, lakin bunun virusun oradan qaynaqlandığı anlamına gəlmədiyini deyib.

Çinin "Xinhua" xəbər agentliyinin yaydığı məlumata görə, Dedkov həmçinin COVİD-19-un "Uhan Virusologiya İnstitutu"nun laboratoriyasından sızması ilə bağlı iddiaları da rədd edərək, bildirib: "Laboratoriya mükəmməl şəkildə təchiz edilib. Oradan nəyinsə sızdığını təsəvvür etmək çətindir".

"Uhan Virusologiya İnstitutu" 2002-2003-cü illərdə kəskin tənəffüs sindromu- SARS epidemiyasından sonra koronavirüslərin genetik məlumatlarını araşdırmaq üçün yaradılıb. Bir müddət öncə institut "COVİD-19-u süni şəkildə laboratoriyada istehsal edib, yaymaqda" ittiham olunurdu. Lakin instutut hər dəfə bu iddiaları rədd edib.

Çin əvvəllər ABŞ administrasiyasının virusun mənşəyi ilə bağlı istintaq başlatmaq istəyini rədd etmişdi. Avstraliya hökuməti də 2020-ci ilin aprelində ÜST ilə bağlı beynəlxalq araşdırma çağırışından sonra bu ölkəyə ixrac məhdudiyyətləri qoyulmuşdu. 


Beynəlxalq təzyiqlərin artmasından sonra bu ilin yanvar ayında ABŞ, Avstraliya, Almaniya, Yaponiya, İngiltərə, Rusiya, Hollandiya, Qətər və Vyetnamdan olan mütəxəssis və tədqiqatçılardan ibarət nümayəndə heyəti araşdırmalar üçün Çinə getmişdi. Lakin nümayədə heyətinin viza məsələsi ilə bağlı problemləri olduğundan geri dönmüşdülər. İcazə aldıqdan sonra nümayəndə heyəti xüsusi təyyarə ilə yenidən yanvarın 14-də Çinin Uhan şəhərinə gəlmiş, bir müddət karantində qalmışdılar. Bu müddət ərzində nümayəndə heyəti Çin mütəxəssislər ilə məlumat mübadiləsi aparıblar.

Yanvarın 29-dan etibarən heyət koronavirusun ilk ortaya çıxdığı Uhanın dəniz məhsullarının satıldığı bazarda və bir neçə xəstəxanalarda araşdırmalara başlayıblar.

Xatırladaq ki, 2019-cu ilin 31 dekabrında Çinin Uhan şəhərində "mənşəyi bilinməyən tənəffüs xəstəliyi" barədə ÜST-ə məlumat verilmişdi və beləliklə, dünya ilk dəfə COVİD-19 epidemiyasının olduğunu öyrənmişdi. Xəstəlik ilk olaraq Uhandaki dəniz məhsulları satılan bazarını ziyarət edən insanlarda görülmüş və ilk xəstə 17 noyabrda səbəbi bilinməyən "tənəffüs xəstəliyi" şikayəti ilə xəstəxanaya müraciət etmişdi. Ağciyər iltihabına səbəb olan xəstəliyin yarasalarda tapılan, mutasiyaya uğramış, əvvəllər bilinməyən yeni növ koronavirus olduğu müəyyən edilmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}