KİV: Pandemiyaya son qoymaq üçün 7 il vaxt lazım gələcək
Koronavirus pandemiyasına son qoymaq üçün dünya əhalisinin 75 faizi peyvənd olunmalıdır. Hazırkı sürətlə bu iş 7 il vaxt aparacaq.
Şəffaflıq.az “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda dünyada orta hesabla gündə 4,5 milyondan artıq şəxs peyvənd olunur.
Hər kəsə iki doz peyvənd vurulduğu nəzərə alınsa, bu məsələ 7 ilədək vaxt aparacaq.
O cümlədən gündə 1,3 milyon nəfərin peyvənd olunduğu ABŞ-da həmin proses 11 ay davam edəcək. Bu məsələdə qabaqcıl ölkə olan İsraildə hər 100 nəfərə 58 doz düşür və əhalinin 21 faizi artıq peyvənd edilib. Həmçinin Birləşmiş Ərəb Əmirliklərində hər 100 nəfərə 35,8 doz dərman düşür.
Bununla belə hələ də peyvənd işlərinin başlamadığı ölkələr də var.
Bütövlükdə peyvəndin ölkələr arasında bərabər bölüşdürülərək tədarük olunması bəşəriyyətin nə vaxtsa üzləşdiyi ən ciddi logistik məsələ olduğu bildirilir.
Facebook-da paylaş