Birləşmiş Ərəb Əmirlikləri dövləti əcnəbilərə vətəndaşlıq verəcək

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fars körfəzində əcnəbilərə sadələşdirilmiş qaydada vətəndaşlıq verən ilk ölkə olacaq. 


Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin dövlət informasiya agentliyi WAM məlumat yayıb.

Belə ki, sərmayədarlar, həkimlər, müəllimlər, ixtiraçılar, mədəniyyət və incəsənət sahəsində çalışanlar öz ailə üzvləri ilə birlikdə Əmirliklərin vətəndaşı ola biləcəklər. Bu kateqoriyadan olan şəxslər tərəfindən verilən müvafiq sorğular yerli icra hakimiyyəti orqanları tərəfindən müsbət cavablandırılacaq.

“Yeni qanun bizim inkişafımıza töhfə verəcək insanların cəlb olunmasına yönəlib”, - deyə BƏƏ Baş naziri şeyx Məhəmməd ibn Rəşid əl-Maktum bildirib.

Qeyd edək ki, Əmirliyin vətəndaşı olmaq üçün təkcə adıçəkilən peşələrin sahibi olmaq kifayət etmir. Bununla yanaşı, vətəndaşlığa iddialı şəxs öz sahəsi üzrə minimum 10 illik iş təcrübəsinə malik olmalı, eləcə də BƏƏ-nin hər hansı bir  nüfuzlu şəxsi tərəfindən yazılmış tövsiyyə məktubu təqdim etməlidir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}