Parlamentdə gənc ailələrin sosial vəziyyəti müzakirəyə çıxarılacaq
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi 2 fevral – Gənclər günü ərəfəsində “Gənc ailələrin sosial vəziyyəti” mövzusunda geniş videokonfrans keçirəcək.
Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bunu komitə sədri Hicran Hüseynova komitənin onlayn iclasında bildirib.
Komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Könül Nurullayeva, Sədaqət Vəliyeva, Ramin Məmmədov, Pərvin Kərimzadə çıxış edərək hər iki məsələ barədə fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Komitənin iş planı yekdilliklə təsdiqlənib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş