Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərib
 
 
Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinə ölkəsinin Nyu Yorkdakı Baş Konsulluğunun telefon xətlərinin açılması ilə bağlı yaranan problemin aradan qaldırılması tələbi ilə nota göndərib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Rusiyanın Nyu Yorkdakı Baş Konsulluğunun nümayəndəsi Aleksey Topolski bildirib ki, gecəyədək vəziyyət dəyişməyib, şəhərə çıxışı olan bütün telefon xətləri tamamilə kəsilib.
Bildirilib ki, Baş Konsulluğun 30-dək telefon xətti bağlanıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 