İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır

 

Şəffaflıq.az xəbər verir ki, İsmayıllı rayonunda COVID-19 infeksiyasına qarşı aparılan vaksinləşmə prosesinin həyata keçirilməsi üçün ilkin işlərə başlanılıb. Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı yanında komissiyanın iclası keçirilib. İclasda vaksinasiyanın başlanması üçün görülən işlər barədə RİH başçısına məlumat verilib. Qeyd olunub ki, COVID-19 infeksiyasına qarşı aparılan vaksinləşmə prosesinin həyata keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxananın infeksiya şöbəsində xüsusi vaksin otaqları yaradılıb. Burada vaksinasiyanın aparılması üçün bütün lazımi işlər görülüb.

Bundan əlavə bildirilib ki, ilk peyvənd olunacaq şəxslərin siyahısı hazırlanıb, 19 yanvar 2021-ci il tarixdə qrafikə uyğun olaraq vaksinləşmə işi başlanılacaqdır. Bununla bağlı İcra Hakimiyyətinin rəsmi saytında və sosial şəbəkələrdə əhaliyə mütəmadi olaraq məlumat veriləcəkdir.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesinin başlanması ilə əlaqədar komissiya yaradılıb.

Vaksinləşmə prosesinə ilkin olaraq yüksək risk qrupuna aid şəxslər və əhali ilə sıx təmasda olan müəssisələrin əməkdaşları cəlb olunacaqdır. Vətəndaşlarımıza bildirmək istəyirik ki, 2020-ci ilin əvvəllərində bütün dünyanı cənginə alan, eləcə də ölkəmizdə bir sıra çətinliklər yaradan pandemiya, vaksinləşmədən sonra bitəcək və biz yenidən əvvəlki normal həyatımıza qayıdacağıq. Buna görə hər birinizi bu işdə daha məsuliyyətli olmağa çağırırıq.



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}