Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
Milli Məclisin yaz sessiyası çərçivəsində müzakirə ediləcək məsələlər müəyyənləşir.
Şəffaflıq.az Trend-ə istinadən məlumat verir ki, müzakirə ediləcək məsələlərlə yanaşı, dinləmələr də keçiriləcək.
Parlamentin İnsan Hüquqları komitəsinin 2021-ci il yaz sessiyasının iş planına əsasən, 2 dinləmə keçiriləcək: 18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə və “Əfv etmə-amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələr”.
Xəbəri paylaş
Facebook-da paylaş