117 milyon ayrılıb, institutlarda tədqiqat aparılmır... - AMEA-da təftişlərə başlanıldı


 

“Bu il AMEA-ya 117 milyon manat vəsait ayrılıb".

Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında AMEA-nın akademik-katibi Adil Qəribov deyib. O bildirib ki, bu məbləğin də 81-82 faizi institutların işçilərinin əmək haqqına ayrılıb: "Qalan vəsait isə qurumların gündəlik tələbatlarına sərf olunacaq. Belə getsə, akademiyanın gələcək inkişafından söhbət etmək çox çətin olar. Son illərdə akademiyaya 50 milyonluq qrantlar ayrılıb. Bunlarla müxtəlif cihazlar alınıb. Bu cihazlardan səmərəli istifadə faizi heç 20 faizdən artıq deyil. Bu cihazlar ya işlək vəziyyətdə deyil, işlək olanların isə istifadə əmsalı çox aşağıdır. 10 ilin nəticələri göstərir ki, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmır. Bunun ölkənin iqtisadi və ya digər heç bir durumu ilə əlaqəsi yoxdur".

A.Qəribov qeyd edib ki, akademiyanın gənclərə ehtiyac var: "İnstitutlarda gənclərin faizlə sayı 10-20 faizdən çox deyil".

Akademik-katib bildirib ki, elmin təşkilində də boşluqlar var: "Buna görə akademiyanın elmin normativ hüquqi bazası yenilənməsinə böyük ehtiyac var. İndi akademiyada islahatlar həyata keçirilir. Bunlar bir neçə istiqamətdədir".

A.Qəribov vurğulayıb ki, akademiyada iki direktor vəzifəsi təsis olunub, bunlar baş və icraçı direktorlardı: "Bu islahatlar hələ başlanğıc mərhələdədir. Normativ hüquqi sənədlərin və Akademiyanın Nizamnaməsinin də işlənməsi məsələsi olacaq. Hazırda Audit şöbəsi tərəfindən akademiyanın qurumlarında təftişlər aparılır. Bəzi qurumlarda böyük nöqsanlar var.


Korrupsiya məsələsi yoxdur, bunu biz qiymətləndirə bilmərik. Çatısmazlıq olan qurumların direktorları işdən azad olunur, hələ ki, bu, bir institut timsalındadır. Bu, o demək deyil pul mənimsənilib, sadəcə vəsait düzgün sərf olunmayıb".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}