“PayPal”ın qurucusu Maks Levçin rəsmən milyarderlər siyahısına daxil edilib

 

Dünyada milyarderlər siyahısına rəsmi olaraq yeni sima əlavə edilib.

Şəffaflıq.az “Forbes”ə istinadən xəbər verir ki, bu şəxs “PayPal”ın qurucusu, onlayn alqı-satqı şirkəti olan “Affirm”ın 11 faiz səhmlərinə sahib Maks Levçindir.

Nəşr 45 yaşlı ukraynalının sərvətini 2,7 milyard dollar olaraq qiymətləndirib.

Qeyd edək ki, “Affirm”ın səhmləri dünən “Nasdaq” birjasında 2,5 dəfə bahalaşıb. Beləliklə şirkətin kapitalı 23,6 milyard dollara çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}