Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir.
Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən "qeyri-adiliyinə" fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək.
Şəffaflıq.az saglamolun.com-a istinadən uşaqlarda ürək xəstəliklərinə işarə edən simptomları ilə tanış edir.
Südəmər uşaqlarda:
çəkinin zəif artması
dərinin göyümtül olması
tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir)
aktivliyin az olması
fiziki inkişafında ləngimə (həmyaşıdları ilə müqayisədə başını gec saxlayır, gec oturur və s.)
təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması)
Daha böyük uşaqlarda:
tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur)
ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s. )
burun-dodaq üçbucağının göyərməsi
dərinin ağarması
başgicəllənməsi
bayılma
təngənəfəslik
respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək
ayaqlarda şişkinlik.
Facebook-da paylaş