Əsas Səhifə > SƏHİYYƏ > Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir.
Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir.10-01-2021, 00:06 |
![]() Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən "qeyri-adiliyinə" fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək. Şəffaflıq.az saglamolun.com-a istinadən uşaqlarda ürək xəstəliklərinə işarə edən simptomları ilə tanış edir. Südəmər uşaqlarda: çəkinin zəif artması dərinin göyümtül olması tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir) aktivliyin az olması fiziki inkişafında ləngimə (həmyaşıdları ilə müqayisədə başını gec saxlayır, gec oturur və s.) təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması) Daha böyük uşaqlarda: tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur) ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s. ) burun-dodaq üçbucağının göyərməsi dərinin ağarması başgicəllənməsi bayılma təngənəfəslik respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək ayaqlarda şişkinlik. Geri qayıt |