Dilavər Əzimli reanimasiyaya yerləşdirildi
Şəffaflıq.az xəbər verir ki, bu barədə alimin həyat yoldaşı Arzu Əzimli məlumat verib.
O bildirib ki, Dilavər Əzimli bir müddət əvvəl özündə koronavirusun əlamətlərini hiss edib və analiz verdikdən sonra COVID-19-a yoluxduğu məlum olub. Hazırda vəziyyəti ağır olan alim reanimasiyaya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da D.Əzimlinin vəziyyəti ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.
Facebook-da paylaş