Azərbaycanda 341 yeni yoluxma faktı qeydə alınıb

 

Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3 858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2 670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 473, bu günə qədər isə ümumilikdə 2 199 939 test icra olunub.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}