Əsas Səhifə > Gündəm > Azərbaycanda 341 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda 341 yeni yoluxma faktı qeydə alınıb1-01-2021, 21:57 |
Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3 858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 219 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2 670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 473, bu günə qədər isə ümumilikdə 2 199 939 test icra olunub. Şəffaflıq.az Geri qayıt |