SOCAR Pakistanı ən ucuz maye qazla təmin edəcək

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ENOC Sinqapur fevral ayında Pakistanı maye qazla (LNG) təmin edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, fevral ayında Azərbaycan Pakistanı ən aşağı təkliflə maye qazla (LNG) təmin edəcək. Beləliklə, Pakistanın LNG şirkəti fevral ayı ərzində iki maye qaz daşıyan tanker qəbul edəcək. Bu, iki yük tankeri 15-16 və 23-24 fevral 2021-ci il tarixləri üçün nəzərdə tutulub.


Tender sənədində göstərilir ki, SOCAR bu yüklərin 23-24 fevral aralığında olan hissəsini təmin edəcək. Yüklər Pakistanın Karaçi ərazisindəki Port Qasim limanına çatdırılacaq.

Qeyd edilib ki, Pakistanın LNG şirkəti, həmçinin, 2021-ci il mart ayı üçün daha belə üç tankerin qəbul edilməsi üzrə tender elan edib. Bu yüklər 9-10, 16-17 və 22-23 mart tarixləri üçün nəzərdə tutulub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}