Braziliyanın vitse-prezidenti koronavirusa yoluxub
Braziliyanın vitse-prezidenti Amilton Mouranın yeni növ koronavirus infeksiyasını müəyyən etmək üçün verdiyi analiz nümunələri müsbət çıxıb.
Şəffaflıq.az xəbər verir ki, Amilton Mouran iqamətgahında özünü təcrid edib.
İlkin məlumatlara görə, siyasətçi özünü yaxşı hiss edir, xəstəliyi yüngül keçirir.
Qeyd edək ki, Braziliya dünyada ən çox yoluxmanın qeydə alındığı ölkələrdən biridir. Ölkədə artıq 7,5 milyondan çox insanda virus aşkar edilib.
Xəbəri paylaş
Facebook-da paylaş