Azərbaycanda əməkdar müəllim koronavirusdan ölüb

 

Azərbaycan Respublikasının əməkdar müəllimi, uzun illər Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmış Qadir Axundzadə bu gün vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, Qadir Axundzadə yeni növ koronavirus infeksiyasından müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Qadir Axundov Qafqaz Müsəlmanları İdarəsi sədrinin Cənub bölgəsi üzrə qazısi Qəni Axundzadənin qardaşıdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}