Parlament ehtiyac meyarının artırılmasını qəbul edib

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Şəffaflıq.az xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}